Könül Xasıyevanın oğlu üçün ifa etdiyi mahnı izləyənləri kövrəltdi – VİDEO

OXUNUB: 982 ŞOU-BİZNES

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "Həyat” Xeyriyyə Fondunun yaradıcısı, teleaparıcı Hacı Nuran Hüseynov onurğa iflicindən əziyyət çəkən Xalq artisti Könül Xasıyevanı evində ziyarət edib.

Oxu.Az xəbər verir ki, aparıcı xanəndə ilə baş tutan söhbətdən çox təsirləndiyini və fondun sənətkara müalicəsində dəstək olacağını qeyd edib.

H.Hüseynovun sosial şəbəkədə paylaşdığı video isə izləyənləri kövrəldib. Görüntülərdə K.Xasıyeva oğlunu əzizləyərək ona mahnı ifa edir. 

Xatırladaq, sənətkar ATV-də yayımlanan "10-dan sonra” verilişində qonaq olarkən azyaşlı övladının səhhətində problem olduğunu qeyd etmişdi.

 

İcmal.Az

RƏYLƏR