Kombi ustası ev sahibi qadını zorladı

OXUNUB: 837 DÜNYA

Türkiyənin Edirne vilayətinin Keşan rayonunda polisə müraciət edən Ş. evinə kombi təmiri üçün gələn T.K.-nın onu zorlamaq istədiyini deyib.

Ş. xarab olan kombisinin təmiri üçün T.K.-nı evə çağırıb. Evə gedən T.K. iş zamanı S.A.-dan boruları tutmağını istəyib. İddiaya görə, bu məqamda T.K. Ş-nın arxasından sarılaraq sinəsinə və cinsi orqanına toxunmağa başlayıb. Bir anlıq nə baş verdiyini anlamayan Ş. T.K.-nın əlindən xilas olub, qonşularını köməyə çağırıb. Bu məqamda T.K. qaçıb. Ş.-nın polisə şikayətindən sonra T.K. saxlanılıb. T.K. polis bölməsindəki dindirilməsi zamanı ittihamları qəbul etməyərək, Ş.-nın özünün evin içində ona təcavüz etdiyini iddia edib. T.K. ifadəsindən sonra sərbəst buraxılıb. Hadisə ilə əlaqədar istintaq davam edir./milli

 İcmal.Az



RƏYLƏR