Komitə sədri: Boşanmalar uşaqlarda qorxulu xəstəliklər yaradır

OXUNUB: 414 SOSİAL

Dünya statistikası göstərir ki, son on ildə nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada boşanmalarda, ailələrin dağılmasında say artıb. Boşanmalar iki dəfə çoxalıb ki, bu, çox ağır və dəhşətli göstəricidir.

İcmal.Az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil edilən "Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda ictimai müzakirələrdə parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov səsləndirib.

Komitə sədri deyib ki, erkən, qeyri-qanuni nikahlardan, boşanmalardan ilk əziyyət çəkən uşaqlar və qadınlar olur:

"Xüsusilə də, uşaqlar boşanmaların, ailədaxili konfliktlərin yaratdığı problemlərin fəsadlarından ciddi əziyyət çəkirlər. Onlar bir çox hallarda qorxulu, keçici xəstəliklərə tutulurlar ki, sonradan həmin uşaqların müalicəsi, müayinəsi çox çətin olur.

Uşaqlarda çəki problemi özünü göstərir. Səhv etmirəmsə, o gün millət vəkillərindən biri də bu məsələyə toxundu.

Bəzən biz belə məsələlərə ciddi əhəmiyyət vermirik, amma əslində, bunlar ciddi problemlərdir. Onlara ciddi əhəmiyyət verməliyik. Çünki çəki məsələsi də uşaqların sağlamlığına ciddi təhlükə yaradır.

Ümumiyyətlə, bu məsələlərdə maarifləndirmə, təbliğat işlərini gücləndirməliyik”.

İcmal.Az

RƏYLƏR