Konçita kişi olmaq qərarına gəldi - FOTO

OXUNUB: 1348 ŞOU-BİZNES

Əsl adı Tomas Noyvirt olan avstriyalı müğənni, LGBT üzvü olan 29 yaşlı Konçita Vurst artıq kişi olmaq qərarına gəlib.

 O, bu barədə Sankt Peterburqda LGBT üzvlərinin keçirdiyi festival zamanı jurnalistlərə açıqlamasında deyib. Qalmaqallı müğənni, qeyri-adi obrazı ilə "saqqallı qadın" kimi tanınan Konçita, peşəsi ilə birdəfəlik vidalaşacağını və bu obrazı geri qayıtmayacaq tərzdə öldürəcəyini deyib:

"Konçita kimi tanıdığınız obraz birdəfəlik səhnələrdən gedəcək. Mən həyatımda yeni səhifə açmaq istəyirəm. Yer kürəsini səyahət etmək istəyirəm. Məni keçmişimlə qəbul edəcək yeni insanların əhatəsində olmaq, özümü yenidən kəşf etmək, inkişaf etdirmək niyyətindəyəm. Mən artıq gedəcəyim ölkələrin, şəhərlərin siyahısını belə tutmuşam. Hansılar ki, yeni həyatımda mənə yeni yuva olacaq. Daha saqqal, uzun saçlar olmayacaq. Mən yenidən kişi olmaq istəyirəm.

2014-cü ildə Beynəlxalq Musiqi Müsabiqəsi "Avroviziya"ya "Rise Like a Phoenix" mahnısı ilə qatılan avstriyalı müğənni birincilik əldə etdikdən sonra dünya şöhrəti qazanıb. Cari ilin əvvəlində yerli nəşrlərdən birinə müsahibə verən Tomas Noyvirt (Konçita Vurst) musiqi karyerası ilə vidalaşacağını desə də, ətraflı məlumat verməmişdi. Bu dəfə isə LGBT üzvləri ilə vidalaşan "saqqallı qadın" gələcək həyatını qəti şəkildə kişi olaraq davam edəcəyini deyib./publika

İcmal.Az

RƏYLƏR