Koronavirus testi pozitiv çıxan paralimpiyaçımız: "Komanda da özünü ən yaxşı hiss edən mənəm"

OXUNUB: 1260 Özəl İDMAN HADİSƏ
Tokioda keçirilən paralimpiya oyunlarına qatılmaq üçün Yaponiyaya yollanan və yarışlar öncəsi koronavirus testi pozitiv çıxan paracüdoçumuz Ramil Qasımov
 
7NEWS.az-ın bölgə müxbirinə səhəti ilə bağlı danışıb. Özünü yaxşı hiss etdiyini  bildirən idmançımız təşkilat komitəsinə yenidən test vermək üçün müraciət etdiyini  bildirib.

"Hazırda özümü yaxşı hiss edirəm. Açığı komanda da özünü ən yaxşı hiss edənlərdən biri mənəm. Düzdür testin cavabı pozitiv çıxıb və mən karantində olsam da hərarətim və ya digər xoşa gəlməz hallar yoxdur.  Qısası çox yaxşıyam. Tələb etmişəm ki, məndən daha bir  test götürülsün"- deyə R. Qasımov bildirib.

Xatırladaq ki, Ramil Qasımov 2016 cı ildə Rio de Janeiro  da keçirilən paralimpiya oyunlarının qalibidir.

RƏYLƏR