Koronavirusa yoluxan jurnalistlər ölümə tərk edilib? - AÇIQLAMA

OXUNUB: 2241 Səhiyyə
Sosial şəbəkələrdə Azərbaycanda koronavirusa yoluxan iki jurnalistin vəziyyətinin ağır olduğuna dair paylaşımlar edilir. 

HİT.Az xəbər verir ki, bu barədə jurnalistlər tərəfindən müxtəlif müraciətlər, statuslar paylaşılır.

Bir neçə gün öncə koronavirusa yoluxan "Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva, onun qardaşı, Cebhe.info xəbər portalının əməkdaşı Müşfiq Abdullayev və həyat yoldaşı Gülşən Abdullayeva COVID-19-a yoluxub.

Test nəticələri müsbət çıxan üç nəfər Atletlər kəndinə yerləşdirilib. Lakin onların vəziyyətinin ağır olduğu, lazımi həkim müdaxiləsinin edilmədiyi deyilir. 

Müşfiq Abdullayev sosial şəbəkə hesabından vəziyyəti ilə bağlı məlumat paylaşıb və qeyd edib ki, təcili tibbi yardım əməkdaşları onları xəstəxanaya aparacağını desələr də, Atletlər kəndinə gətiriblər.

Oxu.az məsələ ilə bağlı "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva ilə əlaqə saxlayıb. O bildirib ki, sözügedən jurnalistlərlə bağlı zəruri tapşırıqlar verilib:

"Qeyd etdiyiniz jurnalistlərlə bağlı məsələ aidiyyəti şöbəyə yönləndirilib. Prosedur qaydalarına uyğun şəkildə lazımi tədbirlər görüləcək”.

RƏYLƏR