Koronavirusdan sağalanların ağciyərlərində elə şeylər tapıldı ki... - Dəhşətə gələcəksiniz

OXUNUB: 312 HADİSƏ
Yeni tip koronavirusdan sağalan xəstələrin ağciyərlərində maye və yad cisimlərlə dolu
kisələr aşkarlanıb.

7News.Az xəbər verir ki, bu tapıntı çinli alimlərin araşdırmaları nəticəsində ortaya çıxıb.

Uhan Universiteti Zonqnam Xəstəxanasının elm adamları 140 koronavirus xəstəsi üzərində analiz
aparıb. Nəticədə bir xəstənin ağciyərində buzlu şüşəyə bənzər maddələr tapılıb. Bu tapıntıların
orqanlarda daimi zədə yaratdığı bildirilib.

Honkonqda 12 xəstəlikdən sağalan şəxs üzərində aparılan kiçikmiqyaslı araşdırma nəticəsində
məlum olub ki, koronavirus ağciyərdə fünksiyaların azalmasına səbəb olur. Şahzadə Marqaret
Xəstəxnası Yoluxucu Xəstəliklər Mərkəzinin tibb direktoru Oven Tsanq Tak Yin bəzi xəstələrin
ciyərində sağaldıqdan sonra 20-30% zədə qaldığını bildirib.

Qeyd edək ki, koronavirus aşağı və yuxarı tənəffüs yollarını zədələyir və buna görə quru öskürək,
tənəffüs çatışmazlığı və pnevmoniyaya səbəb olur.

7News.Az

RƏYLƏR