Koronavirusu kim yaydı? - Çin rəsmisi açıqlayıb

OXUNUB: 1621 Özəl DÜNYA
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Sao Lisien virusla bağlı şəxsi Tvitter hesabından açıqlamalar verib.

O, sosial media hesabında ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Robert Redfildin görüntülərini paylaşaraq onun bir neçə il öncə ABŞ-da qripdən ölən bir neçə insanda koronavirus aşkarladığını söyləyib.

"Bu virusu Çinə ABŞ ordusunun əsgərləri gətirmiş ola bilər. ABŞ-a demək istəyirəm ki, şəffaf olun, siz bizə bir açılama borclusunuz" - deyə sözçü qeyd edib.

Çinin tanınmış epidemioloqlarından Conq Nanşan bildirib ki, koronavirusun ilk dəfə Çində yayılmasının onun mərkəzinin mütləq Çin olacağı anlamına gəlməz:

"Ola bilər ki, bu virusun ilk əlamətləri və təlafatlar Çində meydana gəlsin. Lakin bu, o anlama gəlmir ki, virusun mənbəyi Çindədir. Ola bilər ki, bu virusu kimsə, məqsədli şəkildə Çində yaymaq istəyib. Bunu ciddi şəkildə araşdırmaq lazımdır".

Çin Xarici İşlər Nazirliyi ABŞ rəsmilərinin koronavirus haqqında "Çin virusu", "Uhan virusu" deyiminə münasibət bildirərək, virusun əsl mərkəzinin Çin olmadığını söyləyib.

RƏYLƏR