Korrupsiya İdarəsindən əməliyyat: Vəzifəli şəxs həbs edildi — ÖZƏL

OXUNUB: 501 İQTİSADİYYAT HADİSƏ

Lisenziyası ləğv edilmiş "Zaminbank” ASC-nin vəzifəli işçisi həbs edilib.


 7News.Az-ın əldə etdiyi məlumata görə, İsmayılov Nadir Əmir oğlu Baş Prokuror yanında Korrpusiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.


Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham elan edilib.


İstintaq  davam edir.

 

7News.Az

RƏYLƏR