Kosovada serb siyasətçi öldürüldü

OXUNUB: 548 DÜNYA

Kosovalı serb liderlərindən biri Olivor İvanoviç Kosovada qətlə yetirilib.

64 yaşlı "Azadlıq, demokratiya, həqiqət” hərəkatının lideri sinə nahiyəsindən beş güllə yarası alıb. Vəkilinin sözlərinə görə, siyasətçi ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Məlumata görə, polis qüvvələri cinayətin baş verdiyi ərazini əhatəyə alıb, həmin rayonun giriş-çıxışları nəzarətə götürülüb. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı aparılır.

Sui-qəsdlə əlaqədar Serbiya prezidenti Aleksandr Vuçiç təhlükəsizlik şurasının fövqəladə iclasını keçirməyə hazırlaşır./oxu

İcmal.Az

RƏYLƏR