Kraldan şok addım: 30 milyardı öz adına keçirdi

OXUNUB: 583 DÜNYA

Taylandda 70 il hakimiyyətdə qalan atasının ölümündən sonra kral olan Maha Vajiralongkorn kral ailəsinin 30 milyard dollar sərvətini öz adına keçirib.

Bu barədə Tayland Krallıq Mülkiyyət Bürosu məlumat verib. Büro ötən ildən bəri Kralın nəzarətindədir. O, bu quruma öz yaxın adamlarını təyin edib.

Kral öz sərvəti ilə birlikdə digər ailə üzvlərinin də haqqı olan məbləği və mülkləri idarə edəcək. İki böyük şirkətin hissələri də Mahanın idarəsinə keçib.

Onun atası Kral Bhumibol Adulyadej 30 milyard sərvətlə dünyanın ən zəngin kral ailəsi üzvü statusuna sahib idi.

Sərvət əvvəl bütün vergilərdən azad idi, lakin artıq şəxsi mülkiyyət statusu qazanması kralın vergi verməsinə səbəb olacaq./qaynarinfo

İcmal.Az

RƏYLƏR