Kreml: "ABŞ-ın sanksiyalarına qarşılıqlı cavab veriləcək"

OXUNUB: 825 DÜNYA
Kremlin mətbuat katibi Dmitriy Peskov ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını şərh edib.

Peskovun açıqlamasına əsasən, Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab tədbirləri görəcək. Onun sözlərinə görə konkret addımlar müzakirə edilir, amma qarşılıqlı prinsip əsasında atlacaq.

Peskov deyib: "Bir neçə ildir ki, tətbiq edilən sanksiyalar göstərir ki, sanksiya fəaliyyətinə qarşı ən əsas reaksiya prinsipi qarşılıqlı əsas da addım atmaqdır".

Məbuat katibi qeyd edib ki, Kreml ABŞ-ın yeni sanksiyalarını təəssüf hissi ilə qarşılayıb: "Sanksiyalar təəssüf hissi ilə qəbul edildi. Konstruktivizmdən uzaq sanksiya ritorikasının davam etməsi, Ukrayna ətrafında mövcud olan problemin həlli üçün lazım olan siyasi səylərin nümayişindən uzaq olması təəssüf hissi yaradır"./olke.az
 
İcmal.Az

RƏYLƏR