“Krılya Sovetov” azərbaycanlı futbolçunu heyətinə qatıb

OXUNUB: 977 İDMAN

Rusiyanın "Krılya Sovetov” futbol klubu əslən azərbaycanlı olan Azər Əliyevi heyətinə qatıb. 

İcmal.Az-ın xəbərinə görə, bu barədə müvafiq məlumat Krasnoyarsk klubunun rəsmi saytında yerləşdirilib.

Yarımmüdafiəçi ilə bir illik müqavilə bağlanıb.

A.Əliyev bundan əvvəl "Yenisey” klubunun heyətində çıxış edirdi. O, "Yenisey”in heyətində 37 oyunda iştirak edib və üç qol vurub.

Qeyd edək ki, iyunun 1-də "Yenisey” klubunun baş məşqçisi Andrey Tixonov "Krılya Sovetov”un sükanı arxasına keçib.

 

İcmal.Az

RƏYLƏR