"Körpələri narahat etmişəm" - Blokdan ona baxan qonşusuna atəş açdı - VİDEO - FOTO

OXUNUB: 843 HADİSƏ

Masazır Qəsəbəsi, "Qurtuluş 93" yaşayış massivində yaşayan Vüqar Seyidovla qonşusu Xəyyam Baxşəliyev arasında mübahisə yaranıb.

İcmal.Az ARB TV-yə istinadla xəbər verir ki, səbəb Vüqar Seyidovun Xəyyam Baxşəliyevin eyvanına baxması olub.

Yaranmış mübahisə zamanı Xəyyam evində olan silahı gətirərək, eyvandan havaya 1 dəfə atəş açıb. Bu barədə dərhal aidiyyatı üzrə Abşeron rayon polis idarəsinə məlumat verilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Xəyyam Baxşəliyev saxlanılıb. O, dindirilərkən bildirib ki, evində qardaşı ilə mübahisə edib, daha sonra eyvana çıxarkən, qonşuların onları izlədiyinə şahid olub. Bu mənzərədən xoşlanmayan şəxs silaha əl atıb.

Xəyyam Baxşəliyev - Saxlanılan şəxs: "Əsəbləşib eyvana çıxdım. Siqaret çəkəndə gördüm ki, qonşu blokdan bizə baxır. Mən də bunu özümə sığışdıra bilmədim. Onlara dedim ki, nə var, nəyə baxırsınız. Qardaş arasında olan söhbətdir. Onlar başladılar əl-qolla danışmağa. Evə keçib silahı çıxartdım. İçinə bir dənə güllə qoyub eyvana qayıtdım. Havaya bir dənə güllə atdım. Qaçıb gizləndilər. Düşdüm aşağı tapa bilmədim".

Xəyyam Baxşəliyev nə silaha əl atmaqdan, nə də ki, qonşuları rahatsız etməkdən peşmanlıq hissi duymur.

 

Xəyyam Baxşəliyev - Saxlanılan şəxs: "Onları qorxutduğum üçün peşmançılığım yoxdur. Hardasa peşmançılıq hiss edirəm ki, balaca körpələri narahat etmişəm. Amma onları qorxutduğuma görə peşman deyiləm".

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Videonu izləmək üçün şəklə klikləyin:

 

İcmal.Az

RƏYLƏR