KTMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə qəbul etdi

OXUNUB: 620 SİYASƏT

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarus paytaxtı Minskdə keçirilən iclasının yekununda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edilib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, təşkilat üzvləri münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərinə dəstək ifadə ediblər. 

Məlumata görə, KTMT-yə üzv dövlətlər bir daha Minsk qrupunun fəaliyyətini dəstəklədiklərini təsdiqləyiblər. Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin məlum 3 prinsip əsasında həllinin vacibliyi vurğulanıb: "Bunlar xalqların öz müqəddəratını təyin etmə, güc tətbiq edilməməsi, zorakılıqdan yayınmaq və ərazi bütövlüyüdür”.

Qeyd edək ki, KTMT-nin Təhlükəsizlik Şurasının noyabrın 30-da Minskdə keçirilən iclasında Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və Ermənistan prezidentləri iştirak edib. 

İcmal.Az

RƏYLƏR