Kürdəmirdə 8 otaqlı ev yandı

OXUNUB: 549 HADİSƏ

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.

İcmal.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Kürdəmir rayonu, Mollakənd kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 8 otaqlı evin 3 otağının yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

İcmal.Az

RƏYLƏR