Kürdəmirdə çətənə becərən şəxs tutuldu

OXUNUB: 1360 HADİSƏ
Kürdəmir rayonunda narkotik tərkibli bitki əkib-becərilməsi ilə məşğul olan şəxs tutulub.


Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Şıxımlı kənd sakini, 1982-ci il təvəllüdlü Tural Məcid oğlu Həsrətovun qanunsuz olaraq narkotik tərkibli bitkinin əkib-becərilməsi ilə bağlı məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış  tədbirlər nəticəsində T. Həsrətovun yaşadığı evin həyətyanı bağ sahəsinə baxış keçirərkən oradan aqrotexniki qulluq göstərilmiş və kultivasiya edilmiş narkotik tərkibli bitki hesab olunan 18 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
 
Qeyd edək ki, T. Həsrətov əvvəllərdə bir dəfə məhkum olunub.
 
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. /apa
 

İcmal.Az

RƏYLƏR