Kürdəmirdə keçmiş məhkum narkotik tərkibli bitki becərirmiş

OXUNUB: 731 HADİSƏ

Kürdəmirdə narkotik tərkibli bitki əkib-becərən şəxs tutulub.

Kürdəmir  Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Şıxımlı kənd sakini, 1967-ci il təvəllüdlü Ziya Bilal oğlu Səmədovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirərkən oradan 28 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Fakt araşdırılır.

Qeyd edək ki, 2014-cü ildə azadlığa çıxan Z. Səmədov daha əvvəl eyni əmələ görə 8 il məhkumluq həyatı yaşayıb./apa

İcmal.Az

RƏYLƏR