Kürdəmirdə maşın aşıb, 3 nəfər xəsarət alıb

OXUNUB: 642 HADİSƏ

Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Ərsəli kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 Bakı şəhər Xəzər rayon sakin Səfərov Şaiq Babək oğlunun idarə etdiyi "10-RH-107" dovlət qeydiyyat nişanlı "VAZ-2107" markalı maşın idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər – 1986-cı il təvəllüdlü Səfərova Aygün Şaiq qızı, 2003-cü il təvəllüdlü Quluzadə Aygün Niyazi qızı və 1988-ci il təvəllüdlü Quliyev Siyavuş Laçın oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR