Kürdəmirdə yol qəzası baş verib, iki nəfər xəsarət alıb

OXUNUB: 437 HADİSƏ

Kürdəmir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR