Kürsüdə çıxış vaxtı yıxılan millət vəkili vəfat etdi

OXUNUB: 1001 DÜNYA
Fransanın "Sosialistlər" partiyasının Kotdarmor millət vəkili Korin Erhel prezidentliyə namizəd Makronu dəstəkləmək üçün keçirilən toplantıda yerə yıxılıb.

Millət vəkili təcili xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.
50 yaşlı millət vəkili Korin dünən axşam saatlarında Makronu dəstəkləmək üçün keçirilən tədbirdə çıxış üçün kürsüyə dəvət edilib. Çıxış əsnasında halı pisləşən qadın qəflətən yerə yıxılıb. Hadisə yerində olan iki həkim ona ilkin tibbi yardımı göstəriblər. Millət vəkili sonradan xəstəxanaya çatdırılıb. Amma həkimlər onun həyatını xilas edə bilməyiblər./olke.az
 
İcmal.Az

RƏYLƏR