"Kurtlar vadisi"nin məşhur aktyoru qanlar içində qaldı - FOTO

OXUNUB: 849 ŞOU-BİZNES
"Kurtlar Vadisi Pusu” serialındakı "Davut Tataroğlu” obrazı ilə məşhurlaşan türkiyəli aktyor Can Gürzapdan üzücü xəbər var.

İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, qəzaya düşüb.

Sənətçini Sapanca ərazisində yoldan keçərkən motosiklet vurub.

Qanlar içində qalan 74 yaşlı aktyorun başı və sinəsi yaralanıb, travma keçirib.

Xəstəxanaya çatdırılan C.Gürzapın vəziyyətinin normal olduğu bildirilir. 


 

İcmal.Az

RƏYLƏR