Küveytdə futbol oyununda tribuna çökdü: 40 yaralı

OXUNUB: 825 İDMAN

Küveytdə keçirilən futbol qarşılaşmasında faciə baş verib.

Oman və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) milliləri arasında keçirilən Körfəz Kubokunun final oyununun sonunda tribuna çöküb. Nəticədə 40 azarkeş yaralanıb.

Küveyt baş nazirinin köməkçisi Enes Saleh xəstəxanalara yatırılan yaralıların vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, 90 dəqiqəsi qolsuz başa çatan oyunda Oman penalti vuruşları ilə 5:4 qalib gələrək Körfəz Kubokunu ikinci dəfə muzeyinə götürüb. /oxu

İcmal.Az

RƏYLƏR