Labado: Zəhranın öldürülməsi Argentina-Azərbaycan xalqlarının ruhuna qarşı hücumdur

OXUNUB: 820 SİYASƏT

Argentina Senatında Azərbaycanla Dostluq Qrupu Ermənistan silahlı qüvvələri tərəfindən  2 yaşlı Quliyeva Zəhra Elnur qızının öldürülməsi ilə bağlı səfirliyimizə  məktub ünvanlayıb.

Bu barədə İcmal.Az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istindən xəbər verir.

"Füzuli rayonu, Alxanlı kəndində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin öldürülməsi ilə bağlı dərin təəssüfümü ifadə etmək istəyirəm. Bu hadisə təkcə xalqlarımızın ruhuna qarşı bir hücum olduğuna görə deyil, həm də uşaqların qətlinin mütləq pislənilməli olduğuna görə bizi narahat edir”, -  Dostluq qrupunun rəhbəri xanım Maria Ester Labado məktubda bildirib.

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar.

Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

 

 

İcmal.Az

RƏYLƏR