Laçın polisi ermənilərin atıb qaçdığı silah-sursatı aşkarladı

OXUNUB: 455 SOSİAL HADİSƏ

Xocavənd rayonunda erməni hərbi birləşmələrinin ataraq qaçdığı silah-sursat aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti belə tədbir zamanı Xocavənd rayonunun Üçtəpə adlanan ərazisdə erməni hərbi birləşmələrinin ataraq qaçdığı bir ədəd avtomat, bir ədəd karabin, bir ədəd tüfəng, səkkiz ədəd RQD-5 əl qumbarası və alışdırıcıları, 20 ədəd avtomat sandığı, 3 500-ə yaxın avtomat və pulemyot güllələri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

RƏYLƏR