"Land Cruiser" də gedən sərnişin özünü "karusel"dəki kimi apardı - VİDEO

OXUNUB: 1231 SOSİAL HADİSƏ
Bakıda sərnişinin təhlükəli hərəkətləri digər avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, avqustun 5-i paytaxtın A.Salamzadə küçəsində hərəkət edən 10-ZV-200 qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı avtomobildəki sərnişin başını bayıra çıxaraq təhlükəli hərəkət edib. 

Sərnişinin avtomobildə ayaq üstə getməsi qanunla qadağandır. Qanunvericilikdə qeyd olunub ki, sərnişin oturacaqda oturduqdan sonra təhlükəsizlik kəmərini bağlamalıdır. Videodan aydın şəkildə görünür ki, sərnişin təhlükəsizlik kəmərini bağlamayıb, sürücü isə buna şərait yaradıb.


RƏYLƏR