Lapşinin anası məhkəməyə gəlmədi

OXUNUB: 766 SOSİAL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusiyada həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən bloqer Alekksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İcmal.Az verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə Lapşinin anasının məhkəməyə gəlmədiyi bildirilib. O, vəkili vasitəsilə ifadə verməyəcəyi barədə məlumat çatdırıb.

Daha sonra Şuşa şəhərindən olan köçkünlər ifadə verib. Onlar Lapşinin hərəkətlərini pisləyiblər.

Qeyd edək ki, Rusiya-İsrail vətəndaşı olan blogger Aleksandr Lapşin Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına çağırışlar etməkdə, sərhədi pozmaqda ittiham olunur.

 

İcmal.Az

RƏYLƏR