Lavrov: "Bəzi ölkələr "Şərq Tərəfdaşlığı”nı Rusiyaya qarşı istifadə etmək istəyir"

OXUNUB: 584 DÜNYA

Aİ və "Şərq Tərəfdaşlığı"na üzv olan bəzi ölkələr bu formatları anti Rusiya məqsədlər üçün istifadə etməyə kökləniblər, lakin bu perspektivsizdir.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.  

"Avropa İttifaqına üzv olan bəzi ölkələrin "Şərq Tərəfdaşlığı"nı anti Rusiya məqsədlər üçün istifadə etmək niyyətində olduğunu müşahidə edirik. Onlar çoxluq təşkil etməsə də, özlərini çox aqressiv aparırlar. Bu, həmçinin, Böyük Britaniyanın baş naziri Tereza Meyin "Şərq Tərəfdaşlığı"n bu günlərdə Brüsseldə keçirilən sammitindəki çıxışında da özünü büruzə verdi.
 
Lavrovun sözlərinə görə, Aİ ölkələrinin əksəriyyəti bunun gərəksiz növbəti bir cəhd olduğunu və MDB ölkələri ilə istənilən təmaslara anti Rusiya xarakteri vermək niyyətinin səmərəsiz və perspektivsiz olduğunu anlayır.     
 
"Biz, əlbəttə ki, ukraynalı, moldovalı və gürcü həmkarlarımızın özlərini necə apardığını görürük. Lakin, bir daha təkrarlayıram, onlar "Şərq Tərəfdaşlığı"nın sxemini anti Rusiya məcrasına yönəltməyə nail ola bilmirlər və mən əminəm ki, onlar buna nail ola bilməyəcəklər", - deyə S.Lavrov qeyd edib. 

İcmal.Az 

RƏYLƏR