Lavrovdan “Böyük səkkizlik”lə bağlı sərt açıqlama

OXUNUB: 549 SİYASƏT

Rusiya "Böyük yeddilik” ölkələrinin liderlərinə "Böyük səkkizlik” formatına qayıtmaq istəyi ilə bağlı müraciət etmək niyyət deyil. 

Icmal.Az Rusiya KİV-inə istinadən məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O əlavə edib ki, "Böyük səkkizlik” formatının bərpasını ABŞ prezidenti Donald Tramp təklif edib. Fransa təklifi dəstəkləsə də, Böyük Britaniya, Almaniya və Kanada buna qarşı çıxıb. "Biz bu barədə heç bir müraciət etməmişik və etmək niyyətində deyilik",-deyə Lavrov bəyan edib.

Rusiya 2014-cü ilin martında Krımın ilhaqından sonra "Böyük səzkkizlik”dən çıxarılıb. Bu səbəbdən Soçidə keçirilməsi planlaşdırılan "Böyük səkkizlik” sammiti baş tutmadı.

Icmal.Az

RƏYLƏR