Layihə çərçivəsində maarifləndirici görüş keçirilib

OXUNUB: 635 SOSİAL

Layihə çərçivəsində maarifləndirici görüş keçirilib
 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunan "Region gəncləri arasında dini radikalizm və ekstremizmin meyillərindən qorunma mövzusunda maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində 19 aprel 2022-ci il tarixində Qusar rayonunda gənclərlə maarifləndirici görüş keçirilmişdir. Keçirilən görüşdə "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev çıxış edərək layihənin keçirilmə məqsədi və hədəfləri barədə iştirakçılara ətraflı məlumat vermişdir. Daha sonra Qusar rayon Gənclər və idman idarəsinin rəisi Əmirmətov Emil, QMİ-nin Qusar rayonu üzrə nümayəndəsi Fəryəddin Rəhimxanov çıxış edərək iştirakçıları salamlamış rayonda bu sahədə görülən işlər barədə ətraflı məlumat vermişdilər. Görüş diskussiya formatında davam etmişdir. 
 Qeyd edək ki, növbəti bu formatlı görüşlərin Sabirabad, Quba və İsmayıllı rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur.
Нет описания.
 Нет описания.
 
İcmal.Az

RƏYLƏR