Öldürülən iş adamının ərəb şeyxləri ilə bağlılığı ortaya çıxdı - ŞİFRƏLİ MESAJLAR - FOTO

OXUNUB: 1008 DÜNYA
İstanbulda öldürülən iranlı iş adamı və küveytli ortağının cinayətiylə əlaqədar ilginc detalın üstü açılıb.

İcmal.Az Milliyet-ə istinadən xəbər verir ki, cinayətlə əlaqədar "casus" olmaqda günahlandırılan şirkətin keçmiş alqı-satqı müdiri Sarah Rahbari Dubayda ortaya çıxıb. Rahbari yazdığı məktubda təəccüblü iddialar irəli sürüb.

Qeyd edək ki, İran və Yaxın Şərq ölkələrinə peyk vasitəsi ilə yayımlanan GEM TV-nin sahibi, iş adamı Saeed Karimian ilə kuveytli ortağı Məhəmməd Mer Almutairi 30 apreldə İstanbulun Sarıyer bölgəsində sui-qəsdə məruz qalmışdılar. Polis hələ cinayətkarların şəxsiyyətlərini müəyyən edə bilməyib. Sui-qəsdçilərin professional atıcı olduqları təxmin edilir.

Karimianın İran rejiminə müxalif olan İran Mücahidləri ilə əlaqəsinin olduğu üçün hadisənin terror olduğu iddia edilir. İran Mücahidlərinə yaxın kanallar sui-qəsdlə bağlı İran rejimini günahlandırır. Rejimə bağlı qaynaqlar isə hücumun arxasında mücahidlərin olduğunu iddia edir.

Yeni bir iddia isə şirkətin keçmiş idarəçisi Sarah Rahbaridən gəlib. Firmanın sirlərini rejimə ötürdüyü üçün işdən çıxarıldığı vurğulanan Rahbarinin haqqındakı söz-söhbətlərlə əlaqədar bir məktub yazdığı ortaya çıxıb.
 
Dubayda ortaya çıxan Rahbari agentlik iddialarını rədd edərək maraqlı detallara toxunub.

Bu olaya qədər iranlı iş adamı Dubayda gecə klubu işlədib. Bu klubda Dubaydakı ərəb əmrlərinə xüsusi gecələr təşkil edilib və iranlı qızları fərqli məqsədlərlə istifadə ediblər. Rahbari GEM TV-nin yeddi kanalının bağlanmağının da bu olaylardan qaynaqlandığını irəli sürüb. İranlı iş adamı Şimali İraq Kürd bölgəsində də bənzər bir gecə klubu açmaq üçün işlər gördüyünü, amma problemlərlə qarşılaşdığını da əlavə edib.
 
ŞİFRƏLİ MESAJLAR
 
Rahbari İran Mücahidləri lideri Məryəm Rechavi ilə Saeed Karimianın şifrəli mesajlarla əlaqə saxladığını da irəli sürüb. Özünün də bundan sonradan xəbər tutduğunu ifadə edən Rahbari şifrələri gətirən adamın F. Şin adlı şəxs olduğunu iddia edib.
 
İcmal.Az

RƏYLƏR