Ledi Qaqa ağır xəstəlikdən əziyyət çəkir

OXUNUB: 812 ŞOU-BİZNES

Amerikalı müğənni Ledi Qaqa fibromialgiyadan əziyyət çəkir.

 Müğənni bu barədə "Twitter” səhifəsində məlumat yayıb.

"Mən dünyanı bu xəstəlik barədə məlumatlandırmaq və ondan əziyyət çəkən insanları bir yerə gətirmək, yardım etmək istəyirəm. Hər birimiz, nəyin kömək etdiyini, nəyin isə pis təsir etdiyini bölüşə bilərik”, - deyə Ledi Qaqa bildirib.

Fibromialgiya xəstələri kürək, boyun, bazu və qalça nahiyyəsində yayılmış sümük-oynaq ağrılarından, yorğunluqdan əziyyət çəkirlər. Xəstəliyin tam öyrənilməməsi, onun müalicəsini çətinləşdirir. Fibromialgiyadan dünya əhalisinin 4%-i, əsasən də qadınlar əziyyət çəkir./oxu

İcmal.Az

RƏYLƏR