Ledi Qaqanın klipindəki “Zombi boy” intihar etdi

OXUNUB: 650 DÜNYA

Bədənindəki tatuları ilə məşhur olan və amerikalı müğənni Ledi Qaqanın klipində çəkilən "Zombi boy” ləqəbli kanadalı Rik Cenest intihar edib. 

İcmal.Az bununla bağlı "RİA Novosti” agentliyinə istinadla xəbər verir. 

Məlumatlara görə, Cenest Monrealda ölü tapılıb. Onun 32 yaşı olub. Yerli rəsmilərin sözlərinə görə, gəncin psixoloji problemləri olub. 

Rik Cenest 2011-ci ildə Ledi Qaqanın "Born This Way” klipində rol aldıqdan sonra məşhur olub. Məsələ ilə bağlı Ledi Qaqa "Twitter” hesabında fikirlərini bölüşüb və məyus olduğunu bildirib. 

Rik Cenestin adı bədənindəki tatuların sayına görə Ginnesin Rekordlar kitabına daxil edilib. Onun bədəninin 90 faizi tatu ilə örtülü olub.

İcmal.Az

RƏYLƏR