Lənkəran ATS-də ölüm hadisəsi

OXUNUB: 673 SOSİAL

Lənkəranda iş yerində ölüm hadisəsi baş verib.

İcmal.Az apa-ya istinadən xəbər verir ki, şəhərdəki 4 saylı ATS-də (Avtomatlaşdırılmış Telefon Stansiyası) gözətçi işləyən Şağolaser kənd sakini, 1990-cı il təvəllüdlü Elmir Cəbi oğlu Şirəliyev bu gün səhər saatlarında qəflətən yıxılaraq, ölüb.

E.Şirəliyevin ölüm səbəbi ekspertizadan sonra məlum olacaq.

Fakt araşdırılır.

İcmal.Az

RƏYLƏR