Lənkəran Mərkəzi Xəstəxanasının baş həkim müavini Taleh Məmmədova töhmət verildi - VİDEO

OXUNUB: 1707 HADİSƏ

Lənkəran Mərkəzi Xəstəxanasının baş həkim müavini Taleh Məmmədov tibb işçilərinə etdiyi kobudluğa görə töhmət alıb.



Bu barədə AFN-ə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib. Onun sözlərinə görə, T.Məmmədovun tibb işçilərinə qarşı hərəkəti ilə bağlı izahatı alınıb və müvafiq qaydada töhmət elan olunub.

Qeyd edək ki, Lənkəranda koronavirusla mübarizədə işləyən tibb işçiləri onlara 3 aya görə cəmi 190 manat əlavə verilməsinə etiraz ediblər. Lənkəran Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Taleh Məmmədov isə etiraz edən tibb işçilərini təhqir edərək qovub. Hadisə ilə bağlı video da yayılıb.


RƏYLƏR