Lənkəran sakini avtobusdan yıxılaraq, ağır xəsarət alıb

OXUNUB: 652 SOSİAL

Lənkəran rayonunda yerli sakin avtobusdan yıxılaraq, ağır xəsarət alıb.

İcmal.Az xəbər verir ki, Report-un Cənub bürosunun məlumatına görə, rayonun Ləj kəndindən şəhər istiqamətində hərəkətdə olan sərnişin avtobusu aeroport yaxınlığında saxlayıb və sərnişin düşürüb. 

Sərnişinlərdən biri - Bağdagül Qasımova avtobusdan düşərkən yıxılıb, nəticədə ağır xəsarət alıb.

Yaralı dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Xəstəxanadan bildirilib ki, yaralı kəllə-beyin travması alıb, vəziyyəti ağırdır.

İcmal.Az

RƏYLƏR