Lənkəranda avtomobil aşdı

OXUNUB: 955 HADİSƏ

Lənkəran rayonunda avtomobil aşıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Göyşaban kəndindən keçən hissəsində baş verib.

"Mitsubishi-pikap” markalı, 90-MV-061 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni  itirərək yoldan çıxıb və avtomobili aşırıb.

Nəticədə Ucar rayon sakinləri 28 yaşlı Soltanov Sabir Şükür oğlu və həmyerlisi Mövsümov Ağamir Mirhəşim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəzaya çiskinli hava şəraitində avtomobilin yüksək sürətlə idarə olunması səbəb olub.

İcmal.Az

RƏYLƏR