Lənkəranda avtomobil velosipedçini vurub öldürdü

OXUNUB: 743 HADİSƏ

Axşam saatlarında Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük kəndi ərazisindən keçən hissəsində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

42-BP-277 dövlət qeydiyyat nişanlı "Volkswagen” markalı avtomobili idarə edən Kamran Hüseynov velosipeddə olan təqribən 25-26 yaşlı Xəlilov Zamin Aftandil oğlunu vurub.

Sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb. Z.Xəlilovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./report

İcmal.Az

RƏYLƏR