Lənkəranda evində yanaraq ölən kişinin intihar etdiyi məlum olub - YENİLƏNİB-1

OXUNUB: 902 HADİSƏ

Lənkəranda evində yanaraq ölən şəxsin intihar etdiyi məlum olub.

 

İcmal.Az xəbər verir ki, Lənkəran Rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, 1965-ci il təvəllüdlü  Gülməmməd Əliməmməd oğlu Eyvazov yaşadığı evdə üzərinə benzin tökərək özünü yandırıb. Dərhal xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatydırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

***

 

20 sentyabr 17:14

 

Lənkəranda evdə baş verən yanğın zamanı yanıq xəsarətləri alan ev sahibi xəstəxanada ölüb.

 

İcmal.Az xəbər verir ki,apa-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün baş verən yanğln zamanı ağır yanıq xəsarətləri alan Xanlıqlı kənd sakini, 1965-ci il təvəllüdlü  Gülməmməd Eyvazov Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

 

Bəzi məlumatlara görə, G. Eyvazov özünü yandırıb və bu zaman alov evə yayılıb.

 


Qeyd edək ki, hadisə bu gün baş verib. Lənkəranın Xanlıqlı kəndində,  kənd sakini, 1965-ci il təvəllüdlü  Gülməmməd Eyvazova məxsus evdə qeydə alınıb. Məlumata görə, yanğını  söndürməyə cəhd edən G.Eyvazov ağır yanıq xəsarəti alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Ona ilkin yardım göstərilib, reanimasiya şöbəsinə yerləşdirilib.

 

***

 

12:13

 

Lənkəranda yanğın hadisəsi baş verib. Hadisə rayonun Xanlıqlı kəndində,  kənd sakini, 1965-ci il təvəllüdlü  Gülməmməd Eyvazova məxsus evdə qeydə alınıb. Yanğını  söndürməyə cəhd edən G.Eyvazov ağır yanıq xəsarəti alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Ona ilkin yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib.

 

Fakt araşdırılır. 

 

 

İcmal.Az

RƏYLƏR