Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın: Yaralananlar var – VİDEO + FOTO + YENİLƏNİB

OXUNUB: 561 SOSİAL

Fövqəladə Hallar Nazirliyi Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Lənkəran rayonunun Separadi kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində həcmi 20 ton olan yeraltı yanacaq çəninin qapağı yanıb.

Yanğın yanğın bölmələri çatana kimi söndürülüb.

Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

15:43

Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərin adı məlum olub.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu Allahverdiyev və onun işçisi, 1991-ci il təvəllüdlü Əbülfəz Əbülfət oğlu Məmmədov 2-3-cü dərəcəli ağır yanıq xəsarətləri alıb.

 

***

15:22

Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, rayonun Separadi kəndində Çingiz Allahverdiyevə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə nəticəsində iki nəfər xəsarət alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri çağırılıb.

Yanğın lokallaşdırılıb.

İcmal.Az

RƏYLƏR