LERİKDƏ DƏHŞƏT: "Azərişıq”ın şefinin qardaşı oğlu 7-ci sinif şagirdini zorladı və...

OXUNUB: 1733 Özəl Seçilmiş Önəmli
7NEWS.az xəbər verir ki, "Azərişıq”ın Lerikdəki nümayəndəsi Aydın Məmmədovun qardaşı oğlu 7-ci sinif şagirdini dəfələrlı zorlayıb. Gənc, yeniyetmə, gözəl bir fəhlə qızının həyatını alt-üst edən məmur oğlu bu çirkin əməlini videolentə almağı da unutmayıb. O, bu yolla qızı şantaj edərək öz mundar niyyətini bir neçə dəfə reallaşdırıb. Sonra isə videonu öz tanışlarına göndərib. Məlumata görə qız 4 aylıq hamilədir. Eyni zamanda, o da qeyd olunur ki, dünən rayon camaatı Aydın Məmmədovun evinə hücum çəkib. Məsələnin ən açınacaqlı tərəfi odur ki, rayon Polis Şöbəsinə müraciət olunsa da bu qatı cinayətkar hələ də azadlıqdadır. Yerli sakinlərin dediklərinə görə qızın atası psixoloji intihar həddində rayondan qaçıb. Mövzunu davam etdirəcəyik.
 
 
İcmal.Az

RƏYLƏR