Leyla Bədirbəylinin vəfat etməsinin 19-cu ildönümüdür

OXUNUB: 848 MƏDƏNİYYƏT

Bu gün görkəmli teatr xadimi, Xalq artisti Leyla Bədirbəylinin vəfat etməsindən 19 il ötür.

Aktrisa 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb.

O, səhnəyə çox gənc ikən çıxıb. 16 yaşı tamam olmamışdan filarmoniyada solist kimi çalışıb. Şəxsən onun üçün rəqslər səhnələşdirilib. "Toy” və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə” rəqsləri məhz onun üçün nəzərdə tutulub. Filarmoniyada çalışdığı illərdə "Ayna”, "Bakının işıqları” filmlərində çəkilib. 1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət alıb. İlk tamaşası Rəsul Rzanın "Vəfa”sı olub.

1945-cü ildə "Arşın mal alan” filmi çəkilməyə başlayıb. L.Bədirbəyli Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə həmin filmə çəkilib.

Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub./oxu

İcmal.Az

RƏYLƏR