Leyla Əliyeva Ağalarovlar ailəsi ilə "Jara"nın FİNAL gecəsində - FOTO

OXUNUB: 1968 MƏDƏNİYYƏT
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara-2018” Beynəlxalq Musiqi Festivalının final günündə fəxri qonaqların arasındadır.

Leyla Əliyeva festivalın final gecəsində qırmızı xalıdan Araz Ağalarov, İrina Ağalarova və Şeyla Ağalarova ilə birlikdə keçib.

Qeyd edək ki, festivalın sonuncu günündə Valeriy Meladzenin, Lyubov Uspenskayanın yaradıcılıq gecələri keçiriləcək. Habelə A’Studio, Denis Klyaver, EMIN, LOBODA, MBAND, Aleksandr Panayotov, Aleksey Çumakov, Albina Canabayeva, Anjelika Aqurbaş, Ani Lorak, VIA Qra, Vera Brejneva, Qlyuk’oza, Qriqori Leps, Danil Buranov, Diana Arbenina, İrina Dubtsova, Polina Qaqarina, Slava, Soso Pavliaşvili, Timur Rodrigez, Yuliya Kovalçuk və başqalarının ifaları təqdim ediləcək.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.(publika)

Leyla Əliyeva Ağalarovlar ailəsi ilə
Leyla Əliyeva Ağalarovlar ailəsi ilə
 

İcmal.Az

RƏYLƏR