Leyla Əliyeva: "Mədəniyyətlər və insanlar arasında dialoq bütün dünyada sülhün və çiçəklənmənin yeganə açarıdır"

OXUNUB: 909 SİYASƏT

"Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi yollarını müzakirə etmək üçün bütün dünyadan insanların bir yerə toplaşması ruhlandırır".

Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" adlı 2-ci Plenar sessiyada çıxışında deyib.

Leyla Əliyeva qeyd edib ki, mədəniyyətlər və insanlar arasında dialoq bütün dünyada sülhün və çiçəklənmənin yeganə açarıdır: "Belə bir dialoqun alternativi yoxdur".

Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, insanlar arasında dialoq az olduqca, nifrət və cahillik daha da artır./trend

 İcmal.Az


RƏYLƏR