Leyla Əliyeva Zəhraya şeir həsr etdi: Sənə necə qıydılar

OXUNUB: 2176 index-manşet DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva 2 yaşlı Zəhranın ölümü ilə bağlı şeir yazıb.
 
İCMAL.az həmin şeiri təqdim edir.
 

Niyə öldürdülər, de, səni axı?
O körpə canına necə qıydılar?
İki yaşlı qızın nəymiş günahı
– Aparıb soyuq bir qəbrə qoydular!
Dağları, düzləri sevirdin yəqin,
Qaçırdın otluqda ayağıyalın…
Zərif izlərini kim sildi sənin-
O hansı cəlladdı, o hansı zalım?!_
Heç mavi dənizdə çimmişdinmi sən,
Durub baxmışdınmı uçan quşlara?
İndi hara qaçaq dərdin əlindən,
Kim bizi qərq etdi göz yaşlarına?
Cəllad gülüşüylə durub, yaxından
Tutdular gülləyə, qurşuna səni;
Sənsə köçüb getdin şirin yuxuda...
İlahi, sən özün bağışla məni!
Sıxır ürəyimi, sıxır bu ağrı-
Bu yara heç zaman sağalan deyil!
Nədən o körpəyə qıydınız axı?
Axı neyləmişdi sizə o tifil?
Bağışla məni ki, deyildik tanış!
İndi bütün ölkə yas tutub sənə…
Həyat yollarında addım atmamış
Uçdun mələk kimi uca göylərə!
Niyə öldürdülər, de, səni axı?
Nə cavab verəcək zalım, nə üzlə?
Solan çiçəklərin nədir günahı
O bircə qarışlıq məzarın üstdə...

RƏYLƏR