"Leyla Yunus iri masştablı dələduzdur"- Deputatdan sərt sözlər...

OXUNUB: 499 SİYASƏT
"Leyla Yunus yenə öz ampluasındadır. Riyakarlığına, fitnəkarlığına, məkrli fəaliyyətinə davam edir. Üstəlik, hələ də anlamır ki, nə Azərbaycan cəmiyyətində, nə də beynəlxalq sferada bir qəpiklik hörməti yoxdur, kimsə onu ciddiyə almır. Leyla Yunusun xisləti erməni xislətidir. Bu adam bütün ömrü boyunca azərbaycanlı kimi düşünə bilmədi, özünü azərbaycanlı hiss etmədi. Ona görə də daim düşmən mövqeyindən çıxış edir, daim satır, daim xəyanət edir, daim sərsəmləyir"- 7NEWS.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Leyla Yunusun son "siyasi məhbus" siyahısına münasibət bildirərkən söyləyib.

"İnanın, Leyla Yunusun heç o siyahıya aid etdiyi şəxslərin əksəriyyətinin cinayət dosyesindən xəbəri belə yoxdur.  Sadəcə manipulyasiya edir. Bu adam dələduzdur. İri masştablı dələduz! Əri də, özü də"- deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR