Leysan aeroportu iflic etdi - 650 reys ləğv edildi

OXUNUB: 572 DÜNYA
Çinin paytaxtı Pekinin "Şoydu" beynəlxalq hava limanında təxminən 650 reys ləğv edilib, 129-u isə yubanır.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, reyslərin təxirə salınmasına və yubanmasına səbəb Çinin paytaxtında bir neçə gün davam edən leysan yağışları olub.

Yerli vaxtla saat 12:30 üçün 364 reysin uçuşu ləğv edilib, 113 reys isə yubanır. Eyni zamanda, 279 reysin hava limanına gəlişi ləğv edilib, 16-sı isə yubanır.

Pekinin meteoroloji bürosu bəzi rayonlarda "göy" və "sarı" təhlükə səviyyəsini elan edib. Şəhər ərazisində hava şəraiti ilə əlaqədar olaraq, bu gün 133 turist obyekti fəaliyyət göstərməyəcək.
 

İcmal.Az

RƏYLƏR