Lionel Messi Dünya Çempionatında Argentina - Fransa matçında dörd rekord qırıb

OXUNUB: 3999 Özəl İDMAN DÜNYA
Qətərdə keçirilən dünya çempionatının finalında Argentina 3-3 hesabı ilə bitən 120 dəqiqəlik matçda Fransanı penaltilər seriyasında məğlub edərək çempion olub. Qarşılaşmada iki qol vuran Lionel Messi bir çox rekordlar qırıb.

7NEWS.az xəbər verir ki, Argentina millisinin dünya çempionatının bombardiri Lionel Messi penaltilər seriyasında Fransaya 4:2 hesabı ilə qalib gəldikləri matçda yeni bir ilkə imza atıb. Xorvatiya matçında dünya çempionatında ən çox oyun keçirən Lothar Matthausun rekordunu təkrarlayan Messi, Fransa matçı ilə rekordun sahibi oldu. Dünya Kuboklarında 26 oyun keçirən argentinalı ulduz dünya çempionatında ən çox oyun keçirən futbolçu olub. Lionel Messi eyni zamanda matçda 24 dəqiqədən çox keçirərək italiyalı Paolo Maldinini geridə qoyaraq Dünya Kuboku tarixində ən çox oyun keçirən futbolçu oldu. Fransa matçında penaltidən toru partladan Lionel Messi 13 qol və 8 məhsuldar ötürmə ilə ən çox qola təsir edən futbolçu adının da sahibi olub. Yarımfinalda oynanan Xorvatiya oyununda vurduğu qolla Messi Qabriel Batistutanı 13 qol vuraraq ötüb və Argentina Milli Komandası tarixində Dünya Kubokunun bombardiri olub. Dünya çempionatında vurduğu qolların sayını 13-ə çatdıran Messi 12 qolla braziliyalı əfsanə Pelenidə geridə qoyub.

7NEWS.az

RƏYLƏR