Lisey və gimnaziyalara qəbul olunmayan uşaqlarla bağlı — YENİ XƏBƏR

OXUNUB: 850 SOSİAL
"Bəzi məktəblərdə qəbul prosesi artıq bitib. Valideynlər övladlarının lisey və gimnaziyalarda təhsil almasına üstünlük veriblər. Onlar uşaqların adi məktəblərdə təhsil almasını seçməyiblərsə, sonradan yaranan narazılıqlarını başa düşürəm. Amma təəssüf ki, bütövlükdə bu proses cəmiyyətin ixtiyarına verilib. Düşünürəm ki, istədiyi məktəbə qəbul olma imkanı olmayan uşaqlar da ərazidəki digər məktəblərə yerləşdiriləcək”.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva I sinfə qəbul zamanı lisey və gimnaziyaları seçən uşaqların imtahanlardan keçmədikləri halda sonradan məktəblərə qəbul olub-olmayacağı ilə bağlı yaranan narahatlığa aydınlıq gətirərkən deyib. 
 
M. Vəliyeva qeyd edib ki, bu günlərdə qəbul nəticələri açıqlanacaq: "Hələlik bununla bağlı idarəyə müraciətlər olunmayıb. Əhalini tam əmin etmək istəyirəm ki, bütün müraciətlərə həssaslıqla baxılacaq və uşaqların məktəblərdə yerləşdirilməsini yerinə yetirəcəyik”./apa
 

İcmal.Az

RƏYLƏR