Litvada gecə klubunda sərxoş NATO hərbçiləri arasında dava olub

OXUNUB: 652 DÜNYA

Litvada gecə klubunda NATO missiyasının almaniyalı hərbçiləri arasında dava olub.  

 

İnsident Rukla şəhərində baş verib.

 

Gecə saat 2 radələrində sərxoş hərbçilər arasında başlayan mübahisə dava ilə nəticələnib. Münaqişəyə yerli polis müdaxilə edib. Hərbçilərdən biri müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, digərləri isə kazarmalara qaytarılıb.   

 

Qeyd edək ki,  Bundesver əsgərlərinin iştirakı ilə analoji insidentlər Litvada əvvəllər də baş verib. Belə ki, iyunda Yonava şəhərində hərbçilər arasında qarşıdurma nəticəsində 4 nəfər xəstəxanalıq olmuşdu. /apa

 

 

İcmal.Az   

RƏYLƏR